Tramp FTB-nin əməliyyatını çevriliş cəhdi adlandırdı

Ədliyyə nazirliyinin məruzəsi ABŞ hökumətini devirmək cəhdinə dəlalət edir.  RBK xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.  
 
“Bu biabırçılıqdı. Başqa prezidentlə belə hal heç vaxt təkrarlanmamalıdır”, - deyə Tramp jurnalistlərə bildirib. 
 
Onun sözlərinə görə, məruzədə qeyd olunan məqamları dövlət çevrilişinə cəhd kimi qiymətləndirmək olar. 
 
Daha əvvəl ABŞ-ın Ədliyyə nazirliyi 2016-cı ildəki seçkilərdən əvvəl və sonra Federal Təhqiqatlar Bürosunun Trampın yaxın ətrafının izlənməsi haqda məruzə təqdim edib. Sənəddə bildirilir ki, əməliyyatda siyasi amillər olmasa da FTB əməkdaşları ciddi qanun pozuntularına yol veriblər. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu