Gənc repçinin ölüm səbəbi məlum oldu

İki gün öncə gözlənilmədən vəfat edən gənc repçi Juice WRLD-un ölümünə səbəb ola biləcək fakt üzə çıxıb.

TMZ portalı məlumat verir ki, 21 yaşlı repçinin şəxsi təyyarəsində 30 kiloqram marixuana aşkar edilib. 

Hüquq-mühafizə orqanları uçuş vaxtı repçi ilə eyni təyyarədə olmuş dostlarını sorğu-sual edərkən məlum olub ki, ölümündən bir neçə dəqiqə əvvəl Juice WRLD həblər qəbul edib. 

Qeyd edək ki, 21 yaşlı istedadlı repçi Juice WRLD iki gün öncə Çikaqo hava limanında qəflətən vəfat edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu