Gürcüstana qoyulan investisiyaların həcmi azaldı

2019-cü ilin III rübündə Gürcüstana qoyulan birbaşa investisiyaların ümumi həcmi 13,7% artıb.

Axar.az xənbər verir ki, bu barədə məlumatı Gürcüstan Milli Statistika Xidməti yayıb. Bu dövrdə ölkəyə qoyulan investisiyaların həcmi 417,3 milyon dollar təşkil edib.

İyuldan sentyabra qədərki dövr ərzində investisiya yatırımında lider mövqeyində Britaniya, Niderland və Türkiyə qərarlaşıb. Bu ölkələrin Gürcüstana yatırdığı investisiyalar 189,8 milyon dollar olub ki, bu da ümumi investisiyaların 45,5%-dir.

Xarici investorların Gürcüstanda daha çox maliyyə sektoru, emal sənayesi, mehmanxanalar və restoranlara yatırım etdiyi bildirilib. Bu sahələrə yatırılan sərmayələr ümumi investisiyaların 45,8%-ni təşkil edib.

Bununla belə yanvardan-sentyabra qədərki dövr ərzində Gürcüstana qoyulan ümumi investisiya həcmi ötən illə müqayisədə 17% azalaraq, 908,9 milyon dollar olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu