Moskvanın sabiq meri 83 yaşında öldü

Moskvanın keçmiş  meri Yuri Lujkov 83 yaşında dünyasını dəyişib.
«Sherg.az »  «lefigaro.fr»ə istinadən xəbər verir ki, Y.Lujkov 1992-ci ildən 2010-cu ilə qədər Moskvanı lüks şəhərdən boz şəhərə çevilib. Onun reputasiyası xeyli ləkələnib. Çünki sabiq mer çoxsaylı korrupsiya və rüşvətxorluqla ittiham olunub. Bu barədə bu gün « Rossiya 24 » kanalı məlumat verib. Kanal bildirib ki, Y.Lujkov Almaniyada dünyasını dəyişib.
Sələfinin ölümündən danışan Moskvanmın indiki meri Sergey Sobianın bu hadisənin onda təəssüf hissi doğurduğunu deyib :
Çox enerjili və sevgi dolu bir şəxs idi. O Moskvaya çətin bir dövrdə, postsovet dövründə rəhbərlik edib. Y.Lujkov Moskva və moskvalılar üçün çoxsaylı işlər görüb. Aliləsinə və yaxınlarına baş sağlığı verirəm ». 

Məlumat üçün bildirək ki, Y.Lujkovu 1992-ci ildə Boris Yeltsin mer vəzifəsinə təyin edib. O, çoxsaylı tarixi binların dağılmasında və bir sıra qədim daşınmaz əmlakın mənimsənilməsində itiham olunub. «Forbes» jurnalının yazdığına görə,onun xanımı Elene Baturina isə hazırda Mosvada, təmtaraqlı bir villada yaşayır və onun 1,2 milyard dollara sahibdir. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu