Erməni mediası: "Rusiya İrəvanı Qarabağa görə tələsdirir"

Rusiya Qarabağ məsələsində ciddi tələskənlik nümayiş etdirir.

Axar.az xəbər verir ki, bu məlumatı “İrates” qəzeti yayıb. Xəbərdə xarici işlər nazirlərinin son görüşünə də məhz bu kontekstdən yanaşılması gərəkdiyini vurğulanıb:

“Serj Sərkisyana qarşı cinayət işi də bununla bağlıdır. Bununla hakimiyyətin yeni elementlərlə müqəddəsləşdirilməsi təmin edilir.

Yeri gəlmişkən, Serj Sərkisyan özünün dar çərçivəsində artıq deyib ki, Nikolun ona, yerdə qalanlara, hətta Ermənistana etdikləri onu Paşinyanın Qarabağ məsələsində fəaliyyətindən daha az narahat edir. Üçüncü prezidentin bununla məhz nəyi nəzərdə tutduğu qeyd olunmur, amma belə bir fikir mövcuddur ki, çox danışmayan prezident heç bir ciddi əsas olmadan belə bir şey deməzdi”, – deyə qəzet bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu