Sabir Rüstəmxanlının partiyası da seçkilərə qatılacaq: QƏRAR

Dekabr ayının 9-da Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının iclası keçirilib. İclasda növbədənkənar parlament seçkiləri müzakirə edilib.

Bu barədə VHP sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı feysbuk profilində yazıb. Partiya rəhbəri qeyd edib ki, iclas zamanı ölkədəki ictimai-siyasi vəziyyət, növbədənkənar parlament seçkiləri ilə bağlı yaranmış yeni siyasi situasiya haqda geniş çıxış edib. Sabir Rüstəmxanlı VHP-nin hər zaman parlamentdə təmsil olunduğunu və partiyanın parlament fəaliyyətinin uğurlu olduğunu bildirərək qarşıdan gələn seçkilərdə də iştirakın vacibliyini vurğulayıb. 

Daha sonra millət vəkili, VHP sədrinin müavini Fəzail İbrahimli çıxış edərək partiyanın parlament seçkilərində iştirakına tərəfdar olduğunu bildirib.

VHP seçki qərargahının rəhbəri, mərkəzi icra aparatının rəhbəri Samir Əsədli partiyanın seçki hazırlığı, seçki ilə bağlı təqvim planını siyasi şura üzvlərinin diqqətinə çatdırıb. VHP Siyasi Şurası partiyanın 9 fevral 2020-ci il parlament seçkilərində iştirakına qərar verib. Partiyanın parlament seçkilərində səlahiyyətli nümayəndələrinin siyahısı və maliyyə məsələləri üzrə məsul şəxs təsdiq edilib. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu