Bakıda istehsalat obyektinə basqın edildi

Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində qapı-pəncərə sexinə basqın olub.

Report xəbər verir ki, 3 naməlum şəxs sexdə işləyən Anar Hüseynovu zorla avtomobilə mindirərək onu Suraxanı rayonuna aparıblar. Naməlum kişilər orada onu döyərək 4 min manat pulunu və mobil telefonunu əlindən alıblar.

Hadisəni törədən şəxslər axtarılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu