Səhiyyə Nazirliyi yanğında zəhərlənənlərlə bağlı məlumat yaydı

Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar dörd nəfər tüstüdən zəhərlənib. 

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat vetib. 

Bildirilib ki, hadisə yerinə səkkiz briqada cəlb olunub. 

Saat 16:05-ə olan məlumata görə səkkiz nəfərə yerində yardım göstərilib, dörd nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

Hazırda ərazidə iki təcili tibbi yardım briqadası var.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu