Zelenski Rusiyanı niyə təcavüzkar adlandırmır?

Ukrayna həqiqətən nəsə etmək istəyirsə, o zaman düzgün dialoq formatını seçməlidir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Ukrayna prezidenti Rusiyanı təcavüzkar ölkə adlandırmamasının səbəbini açıqlayıb:

“Bu sual “Siz Rusiya prezidentinə “axşamınız xeyir” deyəcəksiniz? Onunla eyni masa arxasına əyləşəcəksiniz? Onun əlini sıxacaqsınız? Bəs şəkil çəkdirmək üçün yanında duracaqsınız?” kimi suallara bənzəyir. Bizim istədiyimiz nədir? Hesab edirəm ki, bizə nəticə lazımdır”.

Zelenski qeyd edib ki, Donbasda müharibənin dayandırılması üçün razılaşmaya nail olmaq lazımdır.

Qeyd edək ki, Parisdəki “Normand formatı” sammitindən sonra Putin danışıqlardan razı qaldığını, Zelenski isə hələlik hesabın heç-heçə olduğunu söyləyib. “Normand formatı” çərçivəsində növbəti görüş dörd ay sonra Berlində baş tuta bilər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu