Gəminin çırpıldığı kran yerlə-yeksan oldu

Belçikanın Antverpen şəhər limanında yük gəmisi nəhəng krana toxunaraq onu məhv edib.

Bu barədə kadrları “Daily Mail” yayımlayıb.

Bildirilir ki, dreyf vəziyyətində olan yük gəmisi güclü külək nəticəsində krana dəyib. Nəticədə 100 tona qədər yükdaşıma qabiliyyətinə malik qurğu fəhlələrin gözü qarşısında yerlə-yeksan olub.

Xoşbəxtlikdən hadisə nəticəsində zərər çəkən olmayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu