"Belna" 1,5 min insanı evsiz qoydu

"Belna" siklonu Madaqaskarda 9 nəfərin həyatına son qoyub.

Axar.az xəbər verir ki, 1,5 min insan evsiz qalıb. Onlar məscid və məktəblərə yerləşdirilib.

Tropik fırtına Madaqaskarın qərbində yerləşən Soalala şəhərindəki evlərin damının 80%-ni uçurub.

Şəhərdə suyun səviyyəsi hədsiz qalxdığından, yollar yararsız hala düşüb.

Proqnozlara görə, kəskin hava şəraiti sabaha qədər davam edəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu