Əsəd: "Ərdoğanla görüşməyə məcbur olsam..."

Bu problemi kim yaratdı? Avropada niyə qaçqınlar var? Avropa, ABŞ, Türkiyə və digərləri tərəfindən dəstəklənən terrorizm səbəbindən... Avropa Suriyada yaradılan xaosun ana oyuncusudur. Yəni nə əkərsən, onu da biçərsən.

Teleqraf.com xəbər verir ki, bu sözləri Suriya Prezidenti Bəşər Əsəd İtaliya televiziyasına müsahibəsində deyib.

Rusiya-Türkiyə razılaşması haqda danışan Əsəd bildirib ki, Rusiyanın rolunu anlamaq lazımdır:

“Rusiya beynəlxalq hüquqa və bu hüquqa söykənən beynəlxalq nizamın Rusiyanın və dünyada hər kəsin marağına uyğun olduğuna inanır. Yəni onlar Suriyanı dəstəkləyərək əslində beynəlxalq hüququ dəstəkləyirlər.

İkincisi, terrorçulara qarşı olmaq rus xalqının və dünyanın maraqlarına uyğundur. Türkiyə ilə olmaq, onunla razılaşmaq Türkiyənin işğalını dəstəkləmək anlamına gəlmir. Əksinə, türklərin Suriyanı tərk etmələri üçün rol almaq istəyirlər. Türkləri dəstəkləmirlər”.

Jurnalistin “Uzun vədədə siz və hörmətli Ərdoğan arasında bir görüş planı varmı” sualına Bəşər Əsədin cavabı konkret olub: “Bir gün buna məcbur olsam, bundan qürur duymaram”.

Əsəd davam edərək Ərdoğan haqqında “fürsətçil bir islamçı” ifadəsini işlədib:

“Hər zaman deyirəm. Mənim işim etdiklərim və ya etmədiklərimə görə xoşbəxt olub-olmamaq məsələsi deyil. Məsələ mənim duyğularımla bağlı deyil, Suriyanın maraqlarıdır. Bu səbəbdən Suriyanın maraqları mənim hara getməyimi vacib edərsə, ora gedərəm”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu