“Taliban” dörd qəbilə ağsaqqalını oğurladı

Əfqanıstanda altı qəbilə başçısı radikal “Taliban” yaraqlıları tərəfindən oğurlanıb. Bununla bağlı “1TV” yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.

İnsident ötən gün qəbilə ağsaqqallarının Bəlx əyalətindən sərhəd Cövzcan əyalətinə hüzr mərasiminə getdikləri zaman baş verib. Əyalətin qubernatoru Abdulla Maruf Azar bildirib ki, qaçırılan şəxslərin xilas edilməsi istiqamətində iş aparılır.

Qubernator baş verən hadisənin məsuliyyətini radikal “Taliban” yaraqlılarının üzərində olduğunu deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Taliban” yaraqlılarının 40 nəfər qəbilə başçısını oğurladıqları barədə məlumat verilmişdi. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu