Rusiya, İran və Türkiyə Suriya münaqişəsinə görə bir araya gəldi

Qazaxıstanın paytaxtı Nur-Sultanda Rusiya, İran və Türkiyə rəsmiləri Suriya münaqişəsinə dair məsləhətləşmələr aparırlar.

TASS agentliyinə daxil olan məlumata əsasən, digər danışıq aparan tərəflər də Qazaxıstanın paytaxtına cəmləniblər.

Mənbə bildirir ki, Türkiyə nümayəndə heyəti Suriya silahlı qiyamçıları ilə də danışıqlar aparıb.

Qeyd olunur ki, masa üzərində olan sənəddə Suriyanın şimal-şərqində olan vəziyyət və İdlib ətrafında baş verən proseslər müzakirə edilib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu