ABŞ şirkəti əməkdaşlarına 10 milyon dollar mükafat verdi

ABŞ-da tikinti şirkətinin rəhbərliyi işçilərinə 10 milyon dollar məbləğdə bonus ödənişləri edib.

Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Şirkətin kollektivi qarşıdakı bayramlar münasibətilə hər il təşkil edilən əyləncə gecəsində sürprizlə qarşılaşıb. Qonaqlıqdan əvvəl 198 əməkdaşın hər birinə qırmızı zərf paylanıb və zərflərin içərisində nəyin olduğu haqda işçilər məlumatlı olmayıb.

Zərflərin içərisində müxtəlif məbləğdə qəbzlər olub. Qəbzlərin üzərindəki məbləğ işçilərin şirkətdə çalışdığı müddətdən asılı olaraq dəyişib. İşçilərə verilən məbləğin miqdarı 20-50 min dollar arasında dəyişib. Ən təcrübəli işçiyə isə 270 min dollar məbləğdə mükafat təqdim edilib.

Rəhbərlik ümumi sahəsi 1,8 milyon kvadrat metrdən çox olan daşınmaz əmlak tikintisi hədəfinə çatdığına görə əməkdaşlarını bu yolla mükafatlandırmaq qərarına gəlib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu