Partiya sədri təhsil ekspertinin təklifini dəstəklədi: “Təkcə 10 dairədən deyil…”

“Seçki kampaniyalarında müxtəlif növ təbliğat vasitələrini bir-birinə qarşı qoymaq doğru deyil”. Bunu Sherg.az-a açıqlamasında “Ağ” Partiyanın başqanı Tural Abbaslı deyib. 

Partiya rəhbəri bildirib ki, təbliğat elə bir işdir ki, burada hər vasitənin əhəmiyyəti  var: 

“Son dönəmlərin fenomeni olan sosial şəbəkələrin günümüzdəki rolunu və gücünü təbii ki, inkar etmək olmaz. Ancaq bu o demək deyil ki, digər təbliğat vasitələri öz  əhəmiyyətlərini itirib. Məsələn, bu gün televiziyaların təbliğat gücü də kifayət qədərdir. Buraya nisbətən radio və çap mediasını da əlavə etmək olar. Həmçinin, seçkilərin ayrılmaz hissəsi olan tanıtım plakatları, bukletlər, flayerlər, müxtəlif növ təqvimləri də unutmaq olmaz. Demək istəyirəm ki, hər hansı namizəd sözün həqiqi mənasında tam həcmli təbliğat-təşviqat işi aparmaq istəyirsə, bunların hamısını nəzərə almalıdır. Konkret Etibar Əliyevin təklifinə gəldikdə isə bunun çox maraqlı təklif olduğunu deyə bilərəm. Təkcə 10 dairədən deyil, bütün 125 dairədən namizədləri müəyyən edib, onların təbliğatını aparmaq olar. Belə kampaniyalar namizədlərə əlavə və faydalı dəstək olar”.

Qeyd edək ki, təhsil eksperti Etibar Əliyev Feysbuk statusunda parlament seçkisinə namizəd olanlarla bağlı təklif irəli sürüb: “Facebook camesi qarşıdan gələn Parlament seçkisində niyə öz vahid namizədlərini müəyyənləşdirmir? Biz çoxluq təşkil edirik. Azı 10 nəfəri müəyyənləşdirib, onların təbliğatını aparmaq olmazmı?”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu