"Kitabevim.az" mağazalar şəbəkəsi bağlanır - SƏBƏB

2013- cü ildə fəaliyyətə başlayan “Kitabevim.az” mağazalar şəbəkəsi fəaliyyətini dayandırır.

Bu barədə  açıqlama verən “Kitabevim.az” mağazalar şəbəkəsinin direktoru Emin Sadıqov bildirib ki, mağazanın daxili xərclərinin çox olması, yükək satışın həyata keçirilməməsi səbəbindən belə bir qərar verilib:

“Yüksək satış olmadığı üçün mağazanın fəaliyyətini dayandırmaq qərarı aldıq. Keçən il də Əhmədlidəki mağazanı bağlamışdıq. Metronun “28 may” stansiyasındakı isə hazırda mağaza datasiya ilə fəaliyyət göstərir. (Kulis.az) Amma vəziyyət belə davam edərsə, o mağazanı da bağlamaq qərarı alacağıq. Fəaliyyət göstərdiyi dövrdən bəri mağazanın xeyirdən çox ziyanı var. Satışın aşağı, icarə xərclərinin çox olması mağazasının uzun müddət fəaliyyət göstərməsinə mane olur”. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu