MSK: "Dekabrın 16-dək başa çatacaq"

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq 5 020 280 seçki bülleteninin böyük əksəriyyəti çap edilib.

Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, dekabrın 16-dək bu prosesə yekun vurulması nəzərdə tutulub:

“Bu gün 24 dairəyə bülletenlər çatdırıldı. Əlbəttə, daha çox dairəyə bülleten çatdıra bilərdik. Amma bu işi daha aramla həyata keçirmək üçün belə bir addım atıldı. Qeyd edim ki, bu iş Xüsusi Dövlət Mühafizə Xidmətinin yüksək təhlükəsizlik tədbirləri şəraitində həyata keçirilib. Daxili İşlər Nazirliyi bülletenlərin nəqlini həyata keçirmək üçün əməkdaşlar ayırıb. Dekabrın 16-dək bu prosesə yekun vurmağı planlaşdırırıq. Bu gün axşam bülletenlər təyyarə ilə Naxçıvana da yola salınacaq”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu