İsveçrənin yeni prezidenti bəlli oldu

İsveçrənin Ətraf mühit, nəqliyyat, energetika və rabitə naziri Simonetta Sommaruqa 2020-ci il üçün ölkə prezidenti seçilib.

Axar.az xəbər verir ki, seçkilər parlamentin iki palatasının müştərək iclası zamanı baş tutub və parlamentin saytında canlı yayımlanıb.

Qeyd edək ki, İsveçrədə prezident və baş nazir vəzifələrini növbə ilə yeddi nazirdən ibarət Federal şura üzvləri tutur. İsveçrədə prezident dövlətə rəhbərlik etmir. O, hakimiyyətin iclasları zamanı sədrlik edir, səslərin eyni olması halında onun fikri həlledici olur, həmçinin İsveçrəyə səfər edən xarici dövlət rəhbərlərini qəbul edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu