Erməni mediası: Paşinyan Putini ifşa edən foto yaydı

Erməni jurnalistlər Baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putini ifşa etməyə çalışdığını iddia ediblər.

Axar.az xəbər verir ki, 28 noyabrda Bişkekdə təşkil olunan KTMT-nin sammiti zamanı Paşinyanın təşkilata üzv olan dövlətlərin liderlərinin bir sənədin altındakı imzalarının fotosunu çəkərək sosial şəbəkədə paylaşması birmənalı qarşılanmayıb.

Ermənistan lideri bunu KTMT-ni populyarlaşdırmaq üçün etdiyini desə də, jurnalistlər daha sensasion fikir səsləndiriblər.

“Əslində, o, bütün dünyaya Vladimir Putinin sənədi imzalamadığını göstərdi. Putinin imzası, daha doğrusu, imzasının surəti sənəddə əvvəlcədən mövcud idi. Videoda isə Putinin sənədi imzalaması əks olunur. Çox güman ki, Paşinyan bu cür hallarla əvvəllər də qarşılaşıb və bu dəfə o, Rusiya rəhbərliyini ifşa etmək, baxın, bu Putin “əsl Putin” deyil, onun bənzəridir demək istəyib”, - deyə erməni jurnalistlərinin hazırladığı videoda qeyd olunur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu