Seyidovdan sərt reaksiya: "Bu cür yanaşma..."

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin iclasında Azərbaycanla bağlı qəbul olunmuş hesabata münasibət bildirib.

Milli Məclisin deputatı Report-a açıqlamasında deyib ki, Sunna Torhildur Evarsdottirin Azərbaycanla bağlı hazırladığı məruzə başqa hesabatlardan fərqli olaraq hüquqi nöqteyi nəzərdən peşəkar şəkildə yazılmışdı: "Bu cür yanaşma bizim üçün daha qəbulolunandır. Başqaları siyasi manipulyasiyalar etməyə çalışır, müxtəlif siyahılar təqdim edir, müxtəlif adamların adlarını çəkirdilər. Ancaq burada heç kimin adı yoxdur, konkret olaraq Avropa Məhkəməsinin qərarlarının Azərbaycanda həlli və həyata keçirilməsindən söhbət gedir. Biz də öz tərəfimizdən qarşı tərəflə əməkdaşlıq etməyə hazırıq".

Xatırladaq ki, dekabrın 13-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları və Monitorinq komitələrinin iclasları keçirilir. Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü, deputat Sabir Hacıyev iştirak edirlər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu