Azərbaycanda ilk dəfə Bioplastik zavod tikiləcək

Azərbaycanda ilk Bioplastik zavod tikiləcək. Bu gün zavodun tikintisinə dair ilkin müqavilələr imzalanıb.  Azərbaycanda Bioplastik zavod tikintisi üçün İnnovasiyalar Agentliyinin dəstəyi ilə “TechnipFMC” və “Yeni Kapital” şirkətləri arasında bioplastik – PLA layihəsinə dair ilkin müqavilə imzalanıb.  

Tikintinin Yüksək Texnologiyalar Parkında aparılması nəzərdə tutulur. Bu, layihəyə vergi və gömrük güzəştlərini təmin edəcək.   

Bioplastik ətraf mühitə və insan sağlamlığına təhlükə yaratmır. Onun istehsalı nəticəsində təbiətə buraxılan karbon qazının həcmi sıfıra bərabərdir. Layihə sayəsində Azərbaycana hər il 100 milyon dollardan çox valyuta daxil olması gözlənilir. 

Zavodun tikinti və quraşdırılmasında 1000-dən artıq mühəndis və inşaatçı çalışacaq.  

Paylaş

Bizi Facebookda izləyin
menu
menu