ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

ABŞ İran vətəndaşı Əbdülhüseyn Xedrini və ona məxsus “Jahan Darya Co”,  “Maritime Silk Road LLC” şirkətlərini “qara siyahıya” salıb.

“Dw.com” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində məlumat yayılıb.

İrana məxsus “Mahan Air” aviaşirkəti ilə əlaqəli Çin və BƏƏ-də qərarlaşan şirkətlərə qarşı da sanksiyalar tətbiq edilib. “Mahan Air” özü isə hələ 2011-ci ildə bu siyahıya əlavə olunub.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib ki, sanksiyalar altına İrandan Yəmənə silah tədarükü ilə məşğul olan nəqliyyat şirkətləri düşüblər.  

Paylaş

Bizi Facebookda izləyin
menu
menu