İsrail parlamenti buraxıldı

İsrail parlamenti 2020-cı ilin martın 2-də parlament seçkiləri keçirmək qərarına gəlib.

“Reuters” xəbər verir ki, sözügedən seçki son bir ildə ölkədə keçirilən üçüncü seçki olacaq.

Məlumata görə, qərara səbəb Baş nazir Benyamin Netanyahu və əsas rəqibi Beni Qantsın yeni koalision hökumət qura bilməməsidir.

Knessetdə keçirilən səsvermədə iştirak edən 94 deputatın hamısı sözügedən qanunu dəstəkləyib.

Xatırladaq ki, İsraildə bundan öncəki parlament seçkiləri aprelin 9-da və sentyabrın 17-də keçirilmişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu