BMT: İraqda keçirilən aksiyalarda 424 insan həyatını itirib

İraqda oktyabrın 1-dən keçirilən kütləvi aksiyalarda 424 nəfər həyatını itirib, doqquz min insan müxtəlif bədən xəsarətləri alıb.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının İraqa Yardım Missiyasının hesabatında qeyd olunub.

Hesabata əsasən, təkcə 5-8 dekabr aralığında baş vermiş toqquşmalarda 170 nümayişçi həlak olub, 2626 min insan yaralanıb.

Sənəddə qeyd olunur ki, İraqda insan hüquqları mütəmadi pozulur, hüquq-mühafizə orqanları etiraz edən vətəndaşlara qarşı qeyri-qanuni və qeyri-adekvat güc tətbiq edir.

Xatırladaq ki, İraqda bu ilin oktyabr ayından başlayaraq, etiraz aksiyaları keçirilir. Nümayişçilər işsizlik, korrupsiya, xarici ölkələrin İraqın daxili işlərinə müdaxilə etməsindən narazıdırlar.  

Paylaş

Bizi Facebookda izləyin
menu
menu