GUAM bu gün Kiyevdə toplanır

Bu gün Kiyevdə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan nümayəndələrinin görüşü keçiriləcək.

Axar.az xəbər verir ki, görüş GUAM baş nazirlərinin sammiti çərçivəsində baş tutacaq.

Görüşdə müzakirə mövzusu GUAM-ın əsas layihələrinin reallaşdırılması üçün tərəfdaşlıq məsələsi olacaq.

GUAM-ın görüşünə Gürcüstandan Baş nazir Georgi Qaxariya, Moldova Baş naziri İon Kiku, Azərbaycan Baş nazirinin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti qatılacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu