Saakaşvili: "Zurabişvili ordunu təhqir etdi"

Gürcüstan Prezidenti Salome Zurabişvilinin “Gürcüstanın nə ordusu var, nə də silahı, olmayacaq da” bəyanatı Rusiya və İvanişvilinin istəyinin birbaşa ifadəsidir.

Bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.

“Bu, Rusiya ordusu və dövləti tərəfindən ordumuzdan alınan qisasdır. Bu, Ukraynanı bizim ölkəmiz adına müdafiə edən gürcü zabitlərdən alınan qisasdır. Bu, bizim onminlərlə əsgərimizə təhqirdir”, – deyə o bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu