Ermənistan çarəsiz vəziyyətdə: Həkimlər orduya çağırıldı

Ermənistan Müdafiə Nazirliyi ehtiyatda olan həkimləri Ermənistan ordusuna xidmətə çağırıb.

Axar.az xəbər verir ki, bunu Ermənistan hökumətinin iclasında çıxışı zamanı Müdafiə naziri David Tonoyan deyib. Çağırışın dekabrın 20-dən yanvarın 20-nə qədər davam edəcəyi vurğulanıb. Orduya ümumilikdə 74 həkimin çağırılacağı qeyd edilib.

İclasda çıxış edən Səhiyyə naziri Arsen Torosyan isə böglərdə xidmətə çağırılacaq həkimləri burada əvəz edəcək kadrların olmadığını etiraf edib:

“Söhbət anestezioloqlar, reanimotoloqlardan gedir. Biz xahiş edirik ki, onlara mümkün qədər xidmətlərini iş yerlərindən uzaq olmayan hərbi hissələrdə keçmək imkanı verilsin”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu