Moskva-Vaşinqton münasibətləri: Maraqlar çox fərqlidir

“Həm Vaşinqton, həm də Moskva keçmiş illərdə olduğu kimi indi də öz bildiyini edir”. Bunu “Şərq”ə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Analitik bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Vaşinqtonda əvvəlcə amerikalı həmkarı Mayk Pompeo, ardınca Ağ Evdə Prezident Donald Trampla görüşüb: 

“İki ölkə arasında müxtəlif mövzularda fərqli yanaşmalar olsa da, Moskva və Vaşinqton dialoqu davam etdirirlər. Bu hər zaman belə olub. Soyuq müharibə illərində belə iki ölkə arasında bəzi mövzular müzakirə edilib. Hətta bir sıra məsələlərdə ortaq məxrəcə gəlməyə çalışıblar”. 



Mərkəz sədri: “Ona görə də Moskva ilə Vaşinqton müzakirələrdən imtina etmirlər” 


E.Şahinoğlu vurğulayıb ki, hər iki ölkə atdıqları addımlarda qarşı tərəfin mövqeyini nəzərə almayıb: 

“Rusiya Gürcüstana müdaxilə edəndə və ya Krımı ilhaq edəndə Vaşinqtonun mövqeyini heçə saydı. Eyniylə Amerika Şərqi Avropada raketlər yerləşdirəndə, İrana qarşı sanksiyalar tətbiq edəndə, Ukraynaya silahlar verəndə Rusiyanın mövqeyini gözardı etdi. Çünki maraqlar çox fərqlidir. Ancaq bu fərqli maraqlar Amerika ilə Rusiya arasında birbaşa qarşıdurmaya imkan vermir. Buna görə də Moskva ilə Vaşinqton dialoqdan imtina etmirlər”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu