Spiker: "Gürcüstan parlamentinə hücum olub"

Gürcüstan parlamentinin iclas zalında insident baş verib.

Report xəbər verir ki, iki müxalif deputat iclas zalına mənşəyi məlum olmayan və kəskin qoxuya malik maddə səpib.

Bundan sonra bir neçə deputatın halı pisləşib. Parlamentə təcili tibbi yardım çağırılıb.

İclasda texniki fasilə elan olunub. Hazırda iclas zalında hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze qanunverici orqanda baş verən insidenti kimyəvi hücum kimi qiymətləndirib.

Bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

A.Talakvadze insident zamanı bir neçə nəfərin zəhərləndiyini və onlara tibbi yardım göstərildiyini deyib.

Parlament sədrinin sözlərinə görə, hansı kimyəvi maddənin istifadə edilməsi və insidenti kimin tərəfindən törədilməsini müəyyən etmək üçün tədbirlər həyata keçirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu