"Biz bu işi Azərbaycan-Türkiyə qardaşlığı üçün yapdıq" - Özgür Honça

Üzərində dahi şəxslərin fotoları olan pul nişanı Fransada basılıb və əsil avro ilə eyni dəyərdədir


Avropa Mərkəzi Bankı tərəfindən üzərinə Azərbaycan  Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə və Bakı fatehi Nuru Paşanın rəsimləri basılmış “avro” xatirə pul nişanlarından biri “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru, Qafqaz-İslam Ordusu tarixinin araşdırmaçısı Akif Aşırlıya hədiyyə edilib

Layihənin müəllifi Özgür Honça ilə əlaqə saxladıq və dəyərli hədiyyəyə görə ona təşəkkür etdik. Özgür bəy qeyd etdi ki, gördüyü bu işi Türkiyə-Azərbaycan qardaşlığına ərməğandır:

- Məhəmməd Əmin Rəsulzadə də, Nuru Paşa da bizim üçün çox dəyərli, sayğın şəxslərdir. Biz bu işi Azərbaycan-Türkiyə qardaşlığı üçün yapdıq. 
Ö.Honça bildirdi ki, üzərində iki  dahi şəxsin fotoları olan pul nişanı Fransada basılıb və əsil avro ilə eyni dəyərdədir: 

- “0” göstərişli avro pul nişanı dövriyədə istifadə olunan avro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əskinasdan istifadə olunub. Avro ilə eyni dəyərə malikdir. Bu, bir rəmzdir. Xatirədir. Və bizim Azərbaycan Xalq Cümhuriyyətinə, Bakının xilaskarı Qafqaz-İslam Ordusunun komandanı Nuru Paşaya ehtiramın göstəricisidir. Özgür Honça daha bir yeniliyi bizimlə paylaşdı. Bildirdi ki, 2020-ci ilin mart ayında üzərində Azərbaycanbın sabiq prezidenti, milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin fotosu olan xatirə pul nişanı buraxılacaq. İşlər qarşıdan gələn yanvar ayında başlanacaq, martda isə başa çatacaq. Elçibəyin fotosu olan xatirə pul nişanının özəl tarixdə təqdim olunacağı da istisna deyil.                         



Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu