Jurnalist deputatlığa namizədliyini irəli sürüb

Dia.az saytının baş redaktoru Məhəmməd Ərsoy (Zamanov) qarşıdan gələn Milli Məclis seçkilərində namizədliyini irəli sürüb.

Bu barədə açıqlama verən Məhəmməd Ərsoy bildirib ki, artıq sənədlərini 47 saylı Mingəçevir seçki dairəsinə təqdim edib.

Xatırladaq ki, Məhəmməd Ərsoy 2005-ci ildə də eyni dairədən namizəd olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu