On mindən çox vətəndaşın problemi həll olundu

2019-cu ilin noyabr ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10824 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovun verdiyi məlumata görə, onlardan 7831-i Bakı, Abşeron və Sumqayıt, 2993-ü isə regionların payına düşür.

Bu ilin 11 ayı ərzində isə əhali sektoru üzrə 85053 yeni abonent qeydiyyata alınıb.

Beləliklə, 11.12.2019-cu il tarixinə ölkədə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 266 min 342-yə bərabər olub. Bu statistik rəqəmə Bakı şəhəri üzrə 874 510, regionalar üzrə isə 1 milyon 391 min 832 abonent daxildir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu