AFFA-dan qərar: Yurçeviç istefaya göndərildi

Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi postundan istefaya göndərilib.

Bu barədə Report-a AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov məlumat verib. 

Onun sözlərinə görə, xorvatiyalı mütəxəssisin İcraiyyə Komitəsinə təqdim etdiyi hesabat ətrafında qızğın müzakirələr gedib. Qərara gəlinib ki, AFFA və Yurçeviç yeni danışıqlar aparmaqda sərbəstdirlər. 

Qeyd edək ki, Nikola Yurçeviç Azərbaycan millisinə 2019-cu ilin fevralın 11-də baş məşqçi təyin olunub. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu