Rusiya əhalisi azalmaqda davam edir

2019-cu ildə Rusiya əhalisinin sayında son 11 il ərzində ən böyük təbii azalması müşahidə olunur.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Statistika Xidmətinin məlumatlarına istinadla ekspertlər bildirib.

Məlumata əsasən, cari ilin ilk on ayı ərzində ölkə əhalisinin sayı 259.600 nəfər azalıb. Bu 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə müşahidə olunan 362.000 nəfərlik azalmadan sonra qeydə alınan ən boyük göstəricidir.

Əhali sayının azalmasının əsas səbəbi doğum səviyyəsinin aşağı olmasıdır. Bu ilin ilk on ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 102.600 daha az uşaq dünyaya gəlib.

Daha bir səbəb isə reproduktiv qabiliyyətli qadınların sayının azalmasıdır. Qadınlar ilk uşaqlarını 25-34 yaşlarında dünyaya gətirir ki, bundan sonra ikinci və üçüncü uşağın doğulma ehtimalı azalır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu