“Evini sığortalatmasan, cərimələnəcəksən” – Vətəndaşlar narazıdır, ekspert isə...

Sosial şəbəkələrdə ən çox narazılıq doğuran məqamlardan biri də, sığorta şirkətlərinin mənzil sığortası ilə bağlı vətəndaşların qapısını döyməsidir. Ev sahiblərinə şirkətlər “sığorta etdirməsəniz, cərimələnəcəksiniz” deyib, bir qədər təhdid edirlər. 

Bəzi vətəndaşlar bildirirlər ki, mənzillə bağlı sığorta məcburi yox, könüllülük əsasında olmalıdır. 



Fuad İbrahimov: “Başa düşürəm, elə ailələr var ki, ildə 50 manat pul ödəmək onlar üçün çətindir. Ancaq, gərək vəziyyətin nə qədər ciddi olduğunu da anlasınlar”


İqtisadçı-ekspert Fuad İbrahimov isə deyir ki, bu, qanunvericiliyin tələbidir. O, Sherg.az-a deyib ki, qanunvericilikdə “Daşınmaz əmlakın icbari sığortası haqqında” qanun var və hazırda qüvvədədir: 

“Həmin qanuna görə, vətəndaşlar ildə 50 manat ödəməklə öz mənzillərini sığorta etdirirlər. Bundan sonra hansısa bədbəxt hadisələr, o cümlədən yanğın, subasma zamanı sığorta şirkətləri əhalinin zərərini qarşılayır. Hesab edirəm ki, vətəndaşların bunu birmənalı qarşılamamaları, maarifçilik işinin kifayət qədər güclü aparılmaması ilə bağlıdır. İnsanlar bilməlidirlər ki, evlərini sığorta etdirmək onların öz xeyirinədir. Bədbəxt hadisələr hamının başına gələ bilər. Başa düşürəm, elə ailələr var ki, ildə 50 manat pul ödəmək onlar üçün çətindir. Ancaq, gərək vəziyyətin nə qədər ciddi olduğunu da anlasınlar. Avtonəqliyyat sahəsində də icbari sığorta tətbiq olunur. Gələcəkdə səhiyyədə də olacaq. Baş verən proseslər onu göstərir ki, sığorta günün tələbidir”.

Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
menu
menu