Bu, ədalət yox riyakarlıqdır: ABŞ türk dünyasına qarşı cəbhə açdı

“Məqsəd sadəcə Türkiyəyə təzyiq etmək deyil, bütün türk dünyasına qarşı cəbhə açmaqdır”. Bunu Sherg.az-a açıqlamasında V Çağırış Milli Məclisin deputatı Elman Məmmədov deyib. 

E.Məmmədov bildirib ki, tarixdə ilk dəfə keçən əsrin əvvəllərində qondarma “erməni soyqırımı” məsələsini ABŞ gündəmə gətirib: 

“Amerikalıların ulu babaları avropalıdır və onlar Amerika qitəsini yerli xalqı soyqırım etməklə ələ keçiriblər. Bir qövmün kökünü kəsən toplum indi türklərə qarşı qondarma “soyqırımı” vasitəsi ilə təzyiq göstərməyə çalışır. Tarixdə ilk soyqırımı edən Amerika olub və daha sonra bunu başqa xalqlar üzərində davam etdirib. Vyetnamı, Koreyanı, Əfqanıstanı, İraqı yada salsınlar. ABŞ Yaxın Şərq və müsəlman dünyası üçün bəla sayılır. Təsəvvür edin, qanunun təsdiqi zamanı ermənipərəst senatorlar göz yaşlarını saxlaya bilməyiblər. Həmin senatorlar həqiqi soyqırımılarla bağlı bir damcı olsa da göz yaşı tökməyiblər, Xocalı soyqırımına görə adicə müzakirə belə aparmayıblar. 100 il əvvəl reallıqda olmayan bir hadisəni “soyqırımı” kimi qəbul edənlər canlı şahidlərin hələ də yaşadığı əsl qətliamlara göz yumurlar. Bu, ədalət deyil, riyakarlıqdır”.  



Elman Məmmədov: “Hamımız səfərbər olmalıyıq. Çünki qondarma “soyqırımı” haqqında qanun Azərbaycanın da ziyanınadır”


E.Məmmədovun sözlərinə görə, hamımız səfərbər olmalıyıq. Çünki qondarma “soyqırımı” haqqında qanun Azərbaycanın da ziyanınadır: 

“Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi sözdə deyil, əməldə türk dünyasının birliyini yaratmalıyıq. Belə məqamlarda ortaq gücümüzü göstərməliyik. Əks halda tək-tək hamımızla bağlı uydurma layihələr hazırlayacaqlar. Deyirlər prezident Donald Tramp veto qoya bilər. Trampın başı özünə, impiçment məsələsinə qarışıb. İnanmıram ki, nəsə fərqli addım atsın”. 

Müsahib vurğulayıb ki, ermənilər yüz il əvvəl Türkiyədə əmin-amanlıqla yaşayıblar, bu gün də təhlükəsiz həyat sürürlər: 

“Ancaq ermənilər pərdə arxasından həmişə türklərə qarşı fəaliyyət göstəriblər, təxribata əl atıblar, PKK ilə əlbir olublar. Hesab edirəm ki, qardaş Türkiyə dövləti ölkədə yaşayan ermənilər haqqında ciddi düşünməli və qərar verməlidir. Çünki ermənilərin gizli fəaliyyəti Türkiyəyə ziyan verir. Onlar fürsət gözləyirlər və Türkiyənin zəifləməsini arzu edirlər. İmkan düşən kimi yenə də türklərə qarşı çıxış edəcəklər”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu