S-400 hissələri Türkiyədə istehsal ediləcək?

Türkiyə ilə Rusiya əlavə “S-400” zenit-raket sistemlərinin təchizatı ilə bağlı anlaşma imzalanmağa yaxındırlar.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir həmçinin Ankara ilə Moskvanın zenit-raket kompleksi elementlərinin birgə istehsalı barədə razılaşma imzalamaq niyyətində olduqlarını qeyd edib.

“Maliyyə detallarını razılaşdırdıqdan sonra biz sistemin birgə və ya sistemin müəyyən elementlərinin Türkiyədə istehsalı haqqında razılaşma imzalayacağıq”, - deyə Dəmir bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu