İqlim böhranı: Merkellə Makron mübahisə etdi

Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron arasında Avropa Birliyinin sammitində mübahisə yaşanıb.

Axar.az xəbər verir ki, mübahisəyə səbəb iqlim dəyişikliyi problemi olub.

İclasda çıxış edən fransız lider atomun iqlim üçün təhdid kəsb etmədiyini bildirib. Bu zamanı Merkel ona etiraz edib və nəticədə sammitin iclası altı saata qədər uzanıb. Kanslerin mövqeyini iclasda Çexiya, Lüksemburq və Avstriya dəstəkləyib.

İclasının sonunda çıxış edən Avropa Şurasının rəhbəri Şarl Mişel AB ölkələrinin iqlim məsələsində strategiya ilə bağlı razılığa gəldiyini bəyan edib. O, razılaşmaya yalnız Polşanın qoşulmadığını söyləyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu