Conson kraliçadan hökuməti formalaşdırmaq üçün icazə aldı

Böyük Britaniyanın Baş naziri Boris Conson kraliça II Yelizavetanın ona hökuməti formalaşmaq hüququnu verməsi üçün Bukingem sarayına baş çəkib, qəbul 20 dəqiqə davam edib.

Axar.az xəbər verir ki, Baş nazirin kortejinin Londonun mərkəzində yerləşən iqamətgaha gəlişi “Skay Nyus” televiziyasında yayımlanıb.

Hökumət rəhbəri seçkilərin yekun nəticələrini gözləməyib, belə ki, güclü fırtına səbəbindən Silli arxipelaqı və Britaniyanın cənub-qərb sahilində bülletenlər toplanmadığına görə nəticələrin açıqlanması gecikir. 650 seçki dairəsindən 649-da səslərin hesablanmasına əsasən, Mühafizəkarlar partiyası parlamentdə 364 mandat əldə edib.

Consonun kraliça ilə görüşünün yekunları barədə məlumat verilmir, ancaq Britaniya siyasi şərhçiləri növbəti həftə Consonun kabinetinin hazırkı üzvlərinin yenidən vəzifələrinə təyin ediləcəyini, dəyişiklərin minimal olacağını ehtimal edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu