Sərhəddə qaçaqmalçılığın qarşı alındı

Avtomobilin oturacaqlarının içərisində qaçqaqmal mobil telefon aşkarlanıb. Bu barədə Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Mercedes-Benz C200" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin oturacaqlarının içərisində 6 ədəd "Samsung Galaxy A10S" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu