Merkeldən sanksiya açıqlaması: "Kifayət deyil…"

Ukrayna münaqişəsinin həllində irəliləyiş var, ancaq bu, Rusiyaya qarşı sanksiyaların dayandırılması üçün kifayət deyil.

Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.

“Dünən axşam biz Fransa Prezidenti Emmanuel Makronla “Normand formatı” sammitinin yekunları barədə müzakirə apardıq. İrəliləyişin olduğunu deyə bilərik, lakin bu, sanksiyaların dayandırılması üçün kifayət deyil. Ona görə də biz yekdilliklə onların müddətinin uzadılması qərarına gəldik”, - deyə Merkel bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu