Paşinyan: "Sülh üçün silahlanırıq"

Ermənistan regiondakı bir neçə ölkənin aqressiv istəklərinin qarşısını almaq üçün silah alır.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan və Qarabağın təhlükəsizliyinin bir nömrəli qarantı ordudur. Son 1,5 ildə orduda böyük dəyişikliklər olur. Bu zaman ərzində son illərdə misli görünməmiş miqdarda silah əldə edilib. Bu silah İrəvana müharibə üçün yox, sülh üçün lazımdır”, – deyə o bildirib.

Qeyd edək ki, Paşinyanın xarakterinə uyğun olaraq vaxtaşırı verdiyi bu bəyanatda heç bir detal açıqlanmır. Hansı silahların alındığı və ya nə qədər pul xərcləndiyi də bildirilmir.

Əvəzində isə Ermənistan ordusunda hərbi qulluqçuların vaxtlı-vaxtında əmək haqqı almadığı və buna görə ciddi narazılıqlar yaşandığı haqda məlumat yayılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu