“EuroHome” sahibi: "İcarədarlar tezliklə müəyyən məkanlarda yerləşdiriləcək"

“EuroHome” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar ticarət mərkəzinin rəhbəri və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Abdullayev sahibkarlarla görüş keçirib.

Görüş zamanı sahibkarlara dəymiş ziyan ilə əlaqədar müzakirələr aparılıb.

“EuroHome” ticarət mərkəzinin sahibi, “AF Holdinq” şirkətlər qrupunun prezidenti, iş adamı Azay Möhnətov bəzi məqamlara aydınlıq gətirib. O bildirib ki, icarədarlar tezliklə müəyyən məkanlarda yerləşdiriləcək.

Yanğında zərər çəkmiş sahibkarlara kompensasiya verilməsi məsələsi haqda da danışan Azay Möhnətov bunları deyib:

“Biz kompensasiya əvəzində kirayədən pul almayacağıq. Adamları yerləşdirəcəyik, onlar da işləyib öz zərərlərini aradan qaldıracaqlar”.

Azay Möhnətov bildirib ki, obyektin sığortalanmaması haqda deyilənlər həqiqəti əks etdirmir:

“Sığorta olunub. Sığorta sənədləri də yanıb, biz indi o sənədlərin surətlərini əldə etməyə çalışırıq. Axşam bütün surətlər əlimizdə olacaq”.

A.Möhnətov həmçinin ticarət mərkəzinin təmir olunacağını və sahibkarlara əvvəlki şərtlərlə geri veriləcəyini də qeyd edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu