Akardan “soyqırım” açıqlaması: "Hər kəs görəcək"

Tarixi məsələdə siyasətçilərin qərar qəbul etməsi və ya bir sıra iddialarla çıxış etməsi son dərəcə əsassızdır.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar ötən gün ABŞ Senatı tərəfindən qəbul edilən “erməni soyqırımı” qətnaməsi ilə bağlı danışarkən deyib.

“Arxivlərə baxın, tarixi təmiz olan bu millətin heç bir şəkildə belə bir şeylə əlqəsinin olmadığını hər kəs görəcək”, - deyə Akar bildirib.

Qeyd edək ki, dünən ABŞ Senatı 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu