Könül Kərimovanın oğlu xəstəxanaya yerləşdirildi - Ürəyində problem var

Əməkdar artist Könül Kərimovanın oğlu Rəşad xəstəxanaya yerləşdirilib.

Xəbərçi.az-ın məlumatına görə, Mərkəzi Klinikaya təcili tibbi yardımla çatdırılan Rəşadın ürəyində ciddi problemləri olduğu aşkarlanıb, anju əməliyyatı keçirib.

Oğlunun durumu ilə bağlı açıqlama verən Könül Kərimova məlumatı təsdiqləyib:

“Xəbər doğrudur. Səhərdən ağrıları var idi, elə bilirdik mədəsidir, amma sən demə, ürəyi imiş. Allah qorudu. Anju oldu, indi yaxşıdır”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu