Əsas hədəf cəzalandırmaq olsa da… - Amerika Türkiyəni sürətlə itirir

ABŞ Senatı qondarma erməni soyqırımı adlı “qətnamə” layihəsini qəbul edib. Bu barədə amerikalı senator Rob Menendez Tvitter səhifəsində məlumat paylaşıb. Dördüncü dəfə səsə qoyulan qanun layihəsi yekdilliklə, 11 səsə 405 səslə qəbul edilib, lakin Senat tərəfindən üç dəfə ləğv edilib. Bu dəfə isə təsdiqlənib. 

Ötən ay Nümayəndələr Palatasından keçən “qətnamə” layihəsi Prezident Donald Trampa təqdim ediləcək. Ehtimallara görə, qanun böyük səs çoxluğu ilə qəbul olunduğuna görə, prezidentin veto hüququndan istifadə etməsi də çətinləşir. 



Elxan Şahinoğlu : “Türkiyə-Amerika münasibətlərini yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq çətin olacaq”


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da deyib ki, Demokratlar və Respublikaçılar erməniləri sevdiklərinə görə “qətnaməni” qəbul etməyiblər. Onların əsas hədəfi Türkiyəni cəzalandırmaq idi: 

“Amerika Senatının “erməni soyqırımı” qətnaməsini təsdiq edəcəyi gözlənilən idi. Bunun iki səbəbi var. Birinci səbəb o idi ki, Nümayəndələr Palatası “erməni soyqırımı” qətnaməsini böyük səs çoxluğu - 405 səslə qəbul etmişdi. “Qətnaməyə” həm demokratlar, həm də respublikaçılar birgə səs vermişdilər. Yəni erməni məsələsində bir-biri ilə mübarizə aparan iki partiya konsensus əldə etmişdilər. İkincisi, baxmayaraq ki, Senatda respublikaçılar çoxluqdadırlar, onlar da Türkiyənin Rusiya ilə əməkdaşlığından, S-400 raketlərinin alınmasından narazı idilər.

Bugünə qədər onlarla dövlət “erməni soyqırımı” qətnaməsini qəbul edib. Bu, Türkiyənin siyasətinə zərrə qədər də təsir etməyib. Amerika Prezidenti Donald Tramp sənədi imzalamaya bilər. Tramp Türkiyə ilə sıx münasibətlərin tərəfdarıdır. Ancaq Türkiyə S-400 raketlərində geri addım atmadığına görə Trampın hansı qərar verəcəyini söyləmək çətindir. Ancaq Amerika bu cür siyasəti ilə Türkiyəni sürətlə itirir. Türkiyə-Amerika münasibətlərini yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq çətin olacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu