Beyrutda 50-dən çox nümayişçi xəsarət alıb


Livanın paytaxtında daxili təhlükəsizlik qüvvələri və hərbiçilərlə iğtişaşlar zamanı 54 nümayişçi xəsarət alıb.

Trend-in məlumatına görə, onlarla insan xəstəxanalara yerləşdirilib. Livanın DİN-i 20 nəfər polisin, o cümlədən üç nəfər polis zabitinin yaralandığını bildirir. İğtişaşçılar polis qüvvələrinə daş yağdırıblar. Polis isə öz növbəsində gözyaşardıcı qazdan istifadə edib.

Ciddi qarşıdurma dekabrın 14-ü axşam saatlarında, bir qrup nümayişçinin parlament binasına daxil olmaq cəhdlərindən sonra başlayıb. İğtişaşlar bir neçə saat davam edib. Nümayişçilərə qoşulmaq üçün Livanın digər ərazilərindən də Beyruta çoxsaylı etirazçılar gəlib.


Qeyd edək ki, hökumətə qarşı etirazlar Livanda 17 oktyabrda başlayıb. Saad Haririnin istefasına baxmayaraq etirazlar səngiməyib. Ölkədəki siyasi və maddi durum acınacaqlı vəziyyətdə qalmaqda davam edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu