Sabah Bakıda hava dumanlı olacaq, şimal və qərb rayonlarına yağış yağacaq


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu  gecə 5-7° isti, gündüz  9-12° isti, Bakıda gecə 5-7°, gündüz  10-12°  isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək  764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.  Nisbi rütubət gecə 70-80 % , gündüz 60-65% olacaq.   

Dekabrın 16-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi cənub rayonlarında, axşam isə ayrı-ayrı şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi gündüz ayrı ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz  8-13°  isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu