Rafael Dadaşov evə buraxıldı - Vəziyyəti isə... 


Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Rafael Dadaşov bir neçə dəqiqə öncə evə buraxılıb. Bu barədə Lent.az -a açıqlamasında tanınmış aktyorun özü deyib: "Şükürlər olsun ki, vəziyyətim indi normaldır. Amma müalicəmi ev şəraitində davam etdirəcəm. Mənə diqqət göstərən hər kəsə, Mərkəzi Neftçilər Xəstəxanasının bütün işçilərinə minnətdaram".

Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu